
"İmişli" sabiq futbolçusunu qaytardı
"İmişli" klubu daha bir futbolçunu heyətinə qatıb.
Sportlife.az xəbər verir ki, bölgə təmsilçisi sabiq futbolçusu Xəzər Mahmudovla müqavilə bağlayıb.
24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə də "İmişli"nin formasını geyinən futbolçunun son klubu Azərbaycanın I Liqa təmsilçisi “Baku Sporting” olub.