
Addai "Qarabağ"ı tərk edirə bilər
Kiprin APOEL klubu "Qarabağ"dan Emmanuel Addaini transfer etməyə yaxındır.
Sportlife.az xəbər verir ki, bu barədə Kipr mətbuatında məlumat yayılıb.
24 yaşlı qanalı sağ cinah hücumçusu ötən mövsümdən “Qarabağ”da çıxış edir. Onun transfer qiyməti 1,2 milyon avro məbləğində dəyərləndirilir.
Qeyd edək ki, bu məlumat APOEL tərəfindən hələ rəsmi olaraq təsdiqlənməyib.