
Millimiz 9 pillə irəlilədi
Dünya Qadın Seriyasının Sumqayıt mərhələsindən sonra basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.
Sportlife.az xəbər verir ki, Azərbaycan millisi də siyahıda yer alıb.
Mərhələnin qalibi olan yığmamız dünyada 12-cidir. Komandanın hesabında 203,814 xal var. Millimiz ötən siyahı ilə müqayisədə aktivinə 72,556 xal əlavə edib, 9 pillə irəliləyib.
Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir - 519,638 xal.