
UEFA-dan AFFA rəsmisinə təyinat
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
Sportlife.az xəbər verir ki, o, Konfrans Liqasının III təsnifat mərhələsində Albaniyada “Eqnatiya” ilə Sloveniyanın “Olimpiya” komandası arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq. Komandaların ilk duelində hesab açılmayıb.
Qeyd edək ki, "Eqnatiya"da Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev də çıxış edir.