Kuman ərəblərin hədəfində

  • Bu gün, 18:30

Fransa millisi və "Bavariya"nın futbolçusu Kinqsli Koman "Əl Nəsr"in maraq dairəsinə düşüb.

Sportlife.az xəbər verir ki, Səudiyyə klubu futbolçuya 2028-ci ilə qədər müqavilə və hər mövsüm üçün 20-25 milyon avro maaş təklif edib. Fransalı vinger hələlik qərarını verməyib.

“Əl Nəsr” “Bavariya”ya rəsmi təklif göndərməsə də, Münhen klubu qarşı tərəfin istəyindən xəbərdardır.

Qeyd edək ki, Komanın Almaniya klubu ilə 2027-ci ilədək müqaviləsi var.


Paylaş: