
"Hər dəfə meydana çıxanda Jotanı düşünürəm"
"Mançester Yunayted"in müdafiəçisi Dioqu Dalot mərhum Dioqu Jota haqqında danışıb.
Sportlife.az xəbər verir ki, futbolçu faciəvi şəkildə dünyasını dəyişən forvardın onun üçün nümunə olduğunu bildirib:
"Bu barədə danışmaq mənə çətindir. Ailəsinin nələr keçirdiyini təsəvvür edə bilmirəm. Onları görmək imkanım oldu və bu, sadəcə, dəhşətlidir. Belə bir faciənin baş verdiyini təsvir etməyə söz yoxdur. Hər dəfə meydana çıxanda onu düşünürəm. O, əla insan idi".
Qeyd edək ki, Jota iyulun 3-də qardaşı Andre Silva ilə birlikdə avtomobil qəzasında yanaraq həlak olub.