Rüfətin Xorvatiyada debütü baş tutmadı

  • Dünən, 13:32

Xorvatiya çempionatında 2025/26 mövsümünün ilk turuna yekun vurulub.

Sportlife.az xəbər verir ki, turun son oyununda azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” öz meydanında “Qoritsa”nı qəbul edib.

24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun debütu baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Sabiq “Səbail”li bu günlərdə “Varajdin”lə 3 illik müqavilə imzalayıb.

Abdullazadənin komandası II turda səfərdə “Slaven Belupo”nun qonağı olacaq. Avqustun 10-da keçiriləcək həmin görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.


Paylaş: