Premyer Liqadan Braziliya klubuna

  • Dünən, 14:07

"Bornmut"un qapıçısı Norberto Murara Neto  Braziliyada çıxış edəcək.

Sportlife.az xəbər verir ki, "Botafoqo" 36 yaşlı braziliyalını heyətinə qatıb. Transfer havayı başa gəlib.

Qolkiper "Botafoqo" ilə 2 il + 6 aylıq müqavilə imzalayacaq.

Ötən mövsüm Neto "Arsenal"da icarə əsasında çıxış edib. O, bütün yarışlarda 4 oyuna çıxıb və 4 qol buraxıb.


Paylaş: