
Portuqaliyalı futbolçu La Liqa klubuna keçdi
"Real Sosyedad" "Vulverhempton"un yarımmüdafiəçisi Qonsalu Qedeşi heyətinə qatıb.
Sportlife.az xəbər verir ki, portuqaliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
28 yaşlı yarımmüdafiəçi 2022-ci ildən "Vulverhempton"da çıxış edirdi. O, bu komandanın heyətində 51 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.