
FIFA referisi test verərkən öldü
Vyetnamın keçmiş FİFA referisi Çan Din Txin 43 yaşında vəfat edib.
Sportlife.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim təxminən 4 km qaçmalı olduğu dözümlülük testindən keçərkən yıxılıb.
Ona ilk yardım göstərilib, xəstəxanaya çatdırılsa da, həkimlər referinin həyatını xilas edə bilməyiblər.
Çan Din Txin 2019-cu ildə beynəlxalq oyunları idarə edib.