Dünya çempionu vəfat etdi

  • Dünən, 16:56

Almaniya millisi ilə 1990-cı ildə dünya çempionu olmuş Frank Mill vəfat edib.

Sportlife.az xəbər verir ki, bu ilin may ayında infarkt keçirən veteran hücumçu 67 yaşında dünyasını dəyişib.

O, karyerası ərzində “Rot-Vays Essen”, “Borussiya" (Mönhenqladbax), “Borussiya" (Dortmund) və “Fortuna”da çıxış edib. Bundesliqada 123, 2-ci Bundesliqada isə 87 qol vurub, 1989-cu ildə Dortmund "Borussiya"sı ilə Almaniya Kubokunu qazanıb.

Mill Almaniya millisinin heyətində 17 oyun keçirib.


Paylaş: