Neymara görə ən yaxşı yarımmüdafiəçi kimdir?

  • Dünən, 18:53

"Santos"un hücumçusu Neymar futbol tarixinin ən yaxşı yarımmüdafiəçisini açıqlayıb.

Sportlife.az xəbər verir ki, braziliyalı forvard bu ada İspaniya millisinin və "Barselona"nın sabiq üzvü Andres İnyestanı layiq görüb:

"İnyesta indiyə qədər gördüyüm ən yaxşı yarımmüdafiəçidir. O, inanılmaz keyfiyyətlərə malik idi. Həm də əla oğlan, canlı əfsanədir. Ona "Qızıl top" belə lazım deyil. Hər kəsdən fərqli olduğu üçün heç kimlə müqayisə olunmazdır. Onun zərifliyi və inanılmaz bacarığı var idi”.

Qeyd edək ki, İnyesta ötən ilin oktyabrında karyerasını başa vurub. 


Paylaş: