"Borussiya" portuqaliyalı hücumçunu istəyir

  • Dünən, 13:50

"Borussiya" (Dortmund) "Vulverhempton"un hücumçusu Fabio Silvaya 5 illik müqavilə təklif edib.

Sportlife.az xəbər verir ki, yaxın vaxtlarda klublar 23 yaşlı portuqaliyalının transferi ilə bağlı danışıqlar aparacaq.

Qeyd edək ki, ötən mövsüm Silva icarə əsasında "Las Palmas"da çıxış edib. O, 25 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: