
"Valensiya" niderlandlı futbolçu ilə maraqlanır
"Vilyarreal"ın hücumçusu Arno Danjuma karyerasını başqa klubda davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, niderlandlı futbolçu ilə "Valensiya" maraqlanır. Artıq tərəflər danışıqlara başlayıb.
Danjuma ötən mövsümü icarə əsasında "Jirona"da keçirib. O, 37 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə var.