"Milan" MY ilə anlaşa bilmir

  • Bu gün, 15:08

"Milan" Rasmus Heylundun transferi ilə bağlı "Mançester Yunayted"lə danışıqlar aparır.

Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" xərclərinin çox olması səbəbindən danimarkalının satışından yeni vəsait əldə etmək niyyətindədir. Bunun üçün də klub bu satışdan 40 milyon funt sterlinq (təxminən 46 milyon avro) qazanmaq istəyir.

"Milan" isə danimarkalını mövsümün sonunda almaq şərti ilə icarəyə götürmək fikrindədir. Lakin bu, “Yunayted”in planlarına uyğun gəlmir.


Paylaş: