21 yaşlı futbolçu üçün 120 milyon?

  • Bu gün, 15:48

"Brayton" yarımmüdafiəçi Karlos Baleba üçün 120 milyon avro tələb edir.

Sportlife.az xəbər verir ki, kamerunlu futbolçu "Mançester Yunayted" və "Mançester Siti"nin maraq dairəsindədir. Onun çıxışı Ruben Amorim və Xosep Qvardiolanın diqqətini çəkib.

Baleba isə komandada qalmaq istəyir. O, ötən mövsüm 40 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Brayton"la 2028-ci ilin yayınadək müqaviləsi var.


Paylaş: