"Qarabağ"ın rəqibi ilə bağlı araşdırma

  • Bu gün, 16:07

Şimali Makedoniyanın “Şkendiya” klubu ilə bağlı araşdırmaya başlanılıb.

Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyunda azarkeşlərin davranışı olub.

Matç zamanı anti-alban şüarları səsləndirilib ki, bu da ciddi narazılığa yol açıb. Xüsusən də, “Ballistet” azarkeş qrupunun səsləndirdiyi şüarlara görə Şimali Makedoniyanın Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Skopye İctimai Təhlükəsizlik Xidməti prokurorluqla birlikdə təqdim edilən materiallarla bağlı prosedura start verib.

Qeyd edək ki, Skopyedəki matçda “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Paylaş: