Baş məşqçi komandaya qonaqlıq verdi

  • Bu gün, 15:30

"Yuventus"un baş məşqçisi İqor Tudor bütün komandanı şam yeməyinə dəvət edib.

Sportlife.az xəbər verir ki, futbolçular və məşqçilər Nürnberqdəki Asiya restoranına gediblər. Onları, həmçinin baş direktor Mauritsio Skanavino, direktor Fransua Modesto və komandanın rəhbəri Matteo Fabris müşayiət edib.

Şam yeməyinə yay transfer pəncərəsində başqa klublara keçə biləcək futbolçular da qatılıb. Bunlar Duqlas Luizd Artur Melo, Duşan Vlahoviç, Nikolas Qonzales və Tiaqo Calodur.

“Yuventus” hazırda Almaniyada mövsümöncəsi təlim-məşq toplanışı keçir və avqustun 10-da Dortmund “Borussiya”sı ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.


Paylaş: