
"Milan"da məndən çox şey gözlənilir"
Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç "Milan"a keçidi haqda danışıb
Sportlife.az xəbər verir ki, futbolçu öz təcrübəsi ilə komandaya kömək etmək istədiyini bildirib:
"Çox çalışmağı və meydanda hər şeyimi verməyi xoşlayıram. Burada da əvvəlki klublarımda olduğu kimi edəcəm.
Məndən çox şey gözlənilir və bu, problem deyil. Mən bu çağırışı qəbul edirəm. Təcrübədən əlavə, ehtiras və təvazökarlıq gətirəcəyəm. Rahat işləməyi, xoşuma gələni etməyi sevirəm. Yeni mövsümdə oynamağa başlamaq üçün səbirsizlənirəm”.