Neymar Ançelottidən dəvət gözləyir

  • Dünən, 12:05

"Santos"un hücumçusu Neymar Braziliya çempionatının 18-ci turunda "Yuventude" üzərində qələbədən (3:1) sonra Braziliya millisinə qayıtmağa hazır olduğunu deyib.

Sportlife.az xəbər verir ki, həmin matçda dubl edən forvard yığmaya qayıdışının baş məşqçi Karlo Ançelottidən asılı olduğunu bildirib:

"Mənim oyunumu hamı bilir. Özümü yaxşı hiss edirəm. Hər şey milli komandanın məşqçilər korpusunun qərarından asılıdır".

33 yaşlı braziliyalı cari mövsüm 17 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: