AFFA-dan azarkeşlərə müraciət

  • Bu gün, 15:43

AFFA Azərbaycan – Macarıstan yoldaşlıq oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Sportlife.az xəbər verir ki, müraciətdə iyunun 10-da matçın keçiriləcəyi “Liv Bona Dea Arena”ya da azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacağı bildirilib.

Avtobuslar saat 18:00-dan 18:30-dək “Koroğlu” metrostansiyasının hava limanı istiqamətindəki çıxışından (piramida formalı çıxış) stadion istiqamətində fəaliyyət göstərəcək.

Nəqliyyatdan yalnız oyun bileti təqdim edən azarkeşlər istifadə edə biləcəklər. Oyunun başa çatmasının ardından avtobuslar azarkeşlərin “Koroğlu” metrostansiyasına geri daşınmasını təmin edəcək.

İyunun 10-da keçiriləcək Azərbaycan – Macarıstan matçı saat 20:00-da başlayacaq.


Paylaş: