"Barselona"nın hücumçusu Robert Levandovski zədələnib.
Sportlife.az xəbər verir ki, polşalı forvard qeyri-müəyyən müddətə sıradan çıxıb.
Sol bud əzələsində ağrıları olan 36 yaşlı futbolçu bazar günü "Komo" ilə keçiriləcək Joan Qamper Kubokunun finalını buraxacaq.