
"Qarabağ" 3 xalı 1 qolla qazandı
Azərbaycan Premyer Liqasının VII turunun növbəti oyun günündə “Qarabağ” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Sportlife.az xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Baş hakim Nicat İsmayıllının idarə etdiyi matçda yeganə qolu 38-ci dəqiqədə Sami Mmae vurub.
Bu nəticədən sonra Qurban Qurbanovun komandası 13 xalla turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Azər Bağırovun kollektivi isə xal qazana bilməyərək sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti qarşılaşması “Sumqayıt” və “Turan Tovuz” komandaları arasında baş tutacaq. Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da start götürəcək.