
"Mançester Siti"dən "Everton"a
“Everton” “Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillipsi transfer etməkdə maraqlıdır.
Sportlife.az xəbər verir ki, 29 yaşlı futbolçunun transferi 2026-cı ilin yanvarında baş tuta bilər. Bu keçidin icarə əsasında olacağı gözlənilir. Futbolçu baş məşqçi Pep Qvardiolanın planlarına daxil deyil.
Fillips bu mövsüm bir oyun keçirib, qol vurmayıb. Müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.