
Millidə yeni bombardir
Avstriya millisinin hücumçusu Marko Arnautoviç DÇ-2026-nın seçmə mərhələsinin San Marino ilə oyununda (10:0) 4 qol vurub.
Sportlife.az xəbər verir ki, forvard bununla öz yığmasının ən yaxşı bombardiri olub.
Arnautoviç 1982-2000-ci illərdə vurduğu 45 qolla milli komandada çıxış etmiş Toni Polsteri (44) ötüb.
Qeyd edək ki, forvard "Tvente", "Verder", "Stok Siti", "Vest Hem", "Şanxay", "Bolonya", "İnter" və "Srvena Zvezda"da çıxış edib.