
Dünya çempionatının vaxtı dəyişə bilər
DÇ-2034 2035-ci ilin əvvəlində keçirilə bilər.
Sportlife.az xəbər verir ki, bu qərar müsəlmanların müqəddəs Ramazan ayı 2034-cü ilin noyabr və dekabr aylarına təsadüf etdiyi üçün verilə bilər.
Qeyd edək ki, 2034-cü ildə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.
FİFA prezidenti Canni İnfantinonun sözlərinə görə, qurum hələ dünya çempionatının tarixi ilə bağlı yekun qərar verməyib.