
Poqbanın debütü təxirə düşə bilər
Pol Poqbanın "Monako"da debütü zədəyə görə təxirə düşə bilər.
Sportlife.az xəbər verir ki, fransalı futbolçunun oktyabrın 18-də "Anje"yə qarşı matçda meydana çıxacağı gözlənilirdi.
Lakin o, bu həftənin əvvəlində yüngül zədə alıb. Sağ budunda əzələ narahatlığı hiss edir.
Problem ciddi hesab edilmir, lakin bu, onun "Anje"yə qarşı oynamaq şansını azaldıb.
Poqba iyulun 1-də azad agent kimi “Monako”ya keçib. O, iki ildən artıqdır ki, rəsmi yarışlarda çıxış etmir.