
DÇ-2026-nın 20-ci iştirakçısı bilindi
DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində Əlcəzair millisi səfərdə Somaliyə 3:0 hesabı ilə qalib gəlib.
Sportlife.az xəbər verir ki, "Volfsburq"un hücumçusu Mohamed Amura dubl edib, digər qolu "Əl Əhli"nin forvardı Riyad Mahrez vurub.
Əlcəzair bu qələbə ilə G qrupunda birinci yeri təmin edərək, vaxtından əvvəl dünya çempionatına vəsiqə qazanan 20-ci ölkə olub.