
"Barselona"nın bir neçə kluba borcu var
"Barselona" keçmiş transfer haqqlarını hələ də ödəməyə davam edir.
Sportlife.az xəbər verir ki, Kataloniya klubunun bir neçə komandaya ümumilikdə 159 milyon avro borcu var. Bu məbləğin 140 milyon avrosu gələn il ərzində ödənilməlidir.
Klubun Rafinya üçün "Lids"ə 41,9, Robert Levandovski üçün "Bavariya"ya 20, Jül Kunde üçün "Sevilya"ya 24,5, Ferran Torres üçün "Mançester Siti"yə 13,3, Emerson üçün "Betis"ə 8 milyon avro borcu qalıb.
"Barselona"nın "Jirona", "Valensiya", "Sportinq" və "Renn"ə isə borcu nisbətən azdır.
Qeyd edək ki, digər klubların Kataloniya təmsilçisinə ümumilikdə 64,1 milyon avro borcu var.