
Əvvəl məğlub etdi, sonra favorit adlandırdı
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının ikinci turunda "Barselona" üzərində 2:1 hesablı qələbədən sonra turnirin əsas favoriti ilə bağlı suala cavab verib.
Sportlife.az xəbər verir ki, o, məhz səfərdə məğlub etdikləri Kataloniya təmsilçisini fərqləndirib:
"Mənim üçün "Barselona" Çempionlar Liqasının qalibi olmaq üçün əsas favoritdir. Onlar əla oynayırlar və bu, turnirin yalnız başlanğıcıdır. Çox az komandanın belə aydın oyun üslubu var. Ötən mövsümü ümumi sıralamada harada bitirdiyimizi xatırlayın.
Şübhə etmirəm ki, "Barselona" və biz titul üçün iddialıyıq. Əsl döyüş pley-off mərhələsində başlayacaq və sonra hər komandanın necə çıxış etdiyini görəcəyik”.