
İnfantino dəyişikliyə razıdır
FIFA prezidenti Canni İnfantino dünya çempionatının tarixlərini həmişəlik dəyişmək barədə düşünməyə hazır olduğunu bəyan edib.
Sportlife.az xəbər verir ki, bundan əvvəl 2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək mundialın Ramazan ayı ilə əlaqədar olaraq 2035-ci ilin əvvəlində keçirilə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
İnfantino turnirlər üçün mart və ya oktyabr aylarının daha yaxşı olacağını bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.