
"Konte ilə heç vaxt problemim olmayıb"
Çempionlar Liqasının II turunda "Napoli"nin "Sportinq" üzərində 2:1 hesablı qələbə qazanıb.
Sportlife.az xəbər verir ki, matçdan sonra kevin De Bruyne baş məşqçi Antonio Konte ilə ünsiyyətdə problemi olmadığını bildirib.
"Mənim Konte ilə heç vaxt problemim olmayıb. Futbol oynamaq və dəyişiklik etmək istəyirəm. Çox danışılıb və yazılıb, amma mən sadəcə əylənmək və irəli getmək istəyirəm".
Yarımmüdafiəçi bu mövsüm 7 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.