MDB Oyunları: Üzgüçümüzdən 2-ci medal

  • 1 Oktyabr 2025, 12:08

Azərbaycan III MDB Oyunlarında daha 1 gümüş medal qazanıb.

Sportlife.az xəbər verir ki, üzgüçü Süleyman İsmayılzadə 2-ci yeri tutub. O, 800 metr məsafəyə sərbəst üsulla üzməkdə uğurlu çıxış edib. Rusiyalı Aleksandr Filipets qızıl, onun həmyerlisi Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.

Süleyman İsmayılzadə ötən gün 1500 metr məsafəyə sərbəst üsulla üzmədə də 2-ci olmuşdu.


Paylaş: