Millimizin oyununun hakimləri bilindi

  • 7 Oktyabr 2025, 13:09

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Sportlife.az xəbər verir ki, qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Yovan Kaçevskiyə laysmanlar Daniel Vasilevski və Aleksandar Gyorgyeski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Krumislav Gyorgiyev yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 10-da Karvina şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Paylaş: