
Millimizlə oyun öncəsi dəyişiklik
2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə üz-üzə gələcək Fransa yığmasının heyətində dəyişiklik edilib.
Sportlife.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ klubunun oyunçusu Bredli Barkolya görüşü buraxacaq.
Buna səbəb onun zədəli olmasıdır. 23 yaşlı hücumçunun əvəzinə “Lill”in üzvü Florian Toven heyətə cəlb olunub.
Qeyd edək ki, Azərbaycan millisi Fransa yığması ilə oktyabrın 10-da Parisdə qarşılaşacaq.