"Neftçi"nin qapıçısı millidən kənarlaşdırıldı

  • 8 Oktyabr 2025, 10:47

“Neftçi”nin qapıçısı Nurəziz Əzizov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətindən çıxarılıb.

Sportlife.az xəbər verir ki, buna qolkiperin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələnməsi səbəb olub.

Əzizovu yığmada İspaniyanın "Marset" klubunun üzvü Ramal Qəmbərov əvəzləyib.

Qeyd edək ki, U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.


Paylaş: