
Avropa Liqası tarixinə düşdü
"Nitsa"nın braziliyalı müdafiəçisi Dante Avropa Liqası tarixində ən yaşlı sahə oyunçusu olub.
Sportlife.az xəbər verir ki, oktyabrın 18-də 42 yaşı tamam olacaq braziliyalı turnirin Liqa mərhələsinin ilk turunda “Roma”ya (1:2) qarşı matçda əvəzlənmədən oynayıb.
Dante bununla "Betis"in sabiq üzvü Xoakinin rekordunu yeniləyib.
Bu göstəricidə ümumi rekord isə "Tottenhem"in keçmiş qapıçısı Bred Fridelə (42 yaş, 10 ay, 2014-cü ildə) məxsusdur.