Jiru "Roma"ya qol vurmaq istəyir

  • 2 Oktyabr 2025, 12:09

"Lill"in hücumçusu Olivye Jiru Avropa Liqasında iştirakın komandası üçün əhəmiyyətindən danışıb.

Sportlife.az xəbər verir ki, təcrübəli forvard bunun çox vacib olduğunu bildirib:

"Çoxlu gənc futbolçunun olduğu bu komandanı mümkün qədər yüksəklərə çıxarmaq istəyirəm. Avropa Liqası bizim üçün çox vacibdir. Bu mövsüm üçün çoxlu hədəflərimiz var və Avropa Liqasında uğur qazanmaq istəyirik. "Roma"ya qarşı oyun üçün çox həyəcanlıyam. Cərimə meydançası mənim evimdir. Komanda yoldaşlarıma ehtiyacım var. Qol vurmağı yaxşı bacarıram".

Qeyd edək ki, "Lill” bu gün Avropa Liqasının II turu çərçivəsində səfərdə “Roma” ilə qarşılaşacaq.


Paylaş: