
Bölgə klubunda yeni məşqçi
Ötən mövsüm "Şəki"nin U-12 komandasının baş məşqçisi olmuş Ceyhun Həsənli bundan sonra həm də əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Sportlife.az xəbər verir ki, 23 yaşlı məşqçi baş məşqçi Bedri Meriçə köməklik edəcək. O, həm də “Şəki”nin U-12 komandasında işini davam etdirəcək.
Qeyd edək ki, ötən il “Şəki”də köməkçi məşqçi Vüqar Musayev idi.