
Gəncə klubundan yeni transfer
"Gəncə" basketbol klubu növbəti transferini açıqlayıb.
Sportlife.az xəbər verir ki, qərb təmsilçisi Ege Derini heyətinə qatıb.
Türkiyəli basketbolçu cari mövsümün sonuna kimi Gəncənin eyniadlı klubunda çıxış edəcək.
Hücumçu mövqeyində çıxış edən Derin "Gəncə"də 21 nömrəli formanı geyinəcək.
Onun son klubu vətənində "İlklər Şəhəri Uşak" olub.