
Millimizin üzvü klubunu dəyişdi
“Kür” komandası heyətinə yeni həndbolçu qatıb.
Sportlife.az xəbər verir ki, Mingəçevir təmsilçisi Marta Slemanovanı transfer edib.
Təcrübəli həndbolçu son olaraq “Azəryol”da oynayıb. Uzun illər paytaxt təmsilçisinin heyətində çıxış etmiş Slemanova milli komandanın da şərəfini qoruyub .
Qeyd edək ki, Marta Slemanova "Azəryol"da olduğu kimi, yeni klubunda da 30 nömrəli formanı geyinəcək.