
Paytaxt klubunda yeni legioner
Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətinə daha bir əcnəbi basketbolçu qatıb.
Sportlife.az xəbər verir ki, paytaxt klubu ABŞ-dən olan basketbolçu Mark Vans ilə anlaşıb.
2,01 m boya malik oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Mark Vans son olaraq NCAA-da çıxış edən “UT Southern” klubunda oynayıb.