
Yenidən NBA-ya qayıtdı
Hücumçu Naycel Heyz-Devis NBA-ya qayıdıb.
Sportlife.az xəbər verir ki, 30 yaşlı basketbolçu "Finiks"ə keçib.
"Mən sosial mediada həyatımı aktiv şəkildə sənədləşdirməyə başladım ki, sonra geriyə baxa bilim. Təqaüdə çıxanda övladlarıma, qismət olsa, nəvələrimə etdiklərimi göstərə biləcəyəm. Bu, həm də ailəm üçün xatirələri saxlamaq üçün bir yoldur", - deyə Devis bildirib.