"Atletik" - "Qarabağ": Biletlər satışda

  • Bu gün, 15:13

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Atletik" (İspaniya) - “Qarabağ” matçını "San Mamés"də izləmək istəyən Ağdam klubunun azarkeşləri üçün ayrılmış vauçerlər satışdadır.

Sportlife.az xəbər verir ki, iTicket.az-da onlayn şəkildə satılan biletlərin qiyməti 110 AZN-dir.

"Qarabağ" azarkeşləri üçün arenada 321-ci sektorda ilkin olaraq 575 yer ayırılıb. 321-ci sektora giriş "Gate 21" vasitəsilə mümkün olacaq.  

Vauçerləri əldə edən şəxslərin vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.

Qeyd edək ki, "Atletik Bilbao" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də, yerli vaxtla isə (İspaniya) 18:45-də start götürəcək.


Paylaş: