
Fabreqasla bağlı şikayət rədd edildi
İtaliya Futbol Federasiyası A Seriyasının 5-ci turunda “Kremoneze” ilə 1:1 hesablı heç-heçədən sonra baş məşqçi Sesk Fabreqas və hücumçu Xesus Rodriqesin diskvalifikasiyası ilə bağlı apelyasiya şikayətini rədd edib.
Sportlife.az xəbər verir ki, futbolçunun 3, mütəxəssisin isə 2 oyunluq cəza qərarı qüvvədə saxlanılıb.
19 yaşlı ispaniyalı futbolçu 82-ci dəqiqədə rəqiblə davadan sonra meydandan qovulub. Fabreqas isə hakimlə mübahisə etdiyi üçün cəzalandırılıb.