
"Nyukasl" 50 milyona hücumçu alır
"Nyukasl" "Atletiko"nun hücumçusu Aleksander Sörlotla maraqlanır.
Sportlife.az xəbər verir ki, 29 yaşlı norveçli ilə qış transfer pəncərəsində müqavilə imzalana bilər. "Nyukasl" onun üçün 50 milyon avro təklif etməyi planlaşdırır.
Sörlot bu mövsüm 11 matçda iki qol vurub. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.