
Erlinq Holann 1-ci oldu
"Mançester Siti"nin hücumçusu Erlinq Holann Premyer Liqada sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Sportlife.az xəbər verir ki, norveçli forvard "Mançester Yunayted", "Arsenal" və "Börnli" ilə matçlarda 5 qol vurub.
25 yaşlı futbolçu səsvermədə Dayçi Kamada ("Kristal Pelas"), Yankuba Minte ("Brayton"), Robin Rufes, Qranit Caka (hər ikisi "Sanderlend") və Martin Subimendini ("Arsenal") qabaqlayıb.