İlk dəfə ayın məşqçisi seçildi

  • Bu gün, 15:54

Oliver Qlasner İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi seçilib.

Sportlife.az xəbər verir ki, “Kristal Pelas”a rəhbərlik edən avstriyalı mütəxəssis karyerasında ilk dəfə bu mükafatı qazanıb.

Namizədlər arasında həmçinin Mikel Arteta ("Arsenal"), Pep Qvardiola ("Mançester Siti") və Recis Le Bris ("Sanderlend") də olub.

Qlasner 2020-ci ilin iyulunda Ralf Hasenhüttldən sonra bu mükafatı alan ikinci avstriyalı olub.


Paylaş: