
Alleqri hamını qabaqladı
Massimiliano Alleqri A Seriyasında sentyabr ayının ən yaxşı məşqçisi seçilib.
Sportlife.az xəbər verir ki, onun rəhbərliyi altında “Milan” sentyabrda “Bolonya” (1:0), “Udineze” (3:0) və “Napoli”ni (2:1) məğlub edərək, ardıcıl üç liqa oyununda qalib gəlib. Bu nəticələr “rossonerilər”ə turnir cədvəlində üçüncü yeri tutmağa imkan verib.
İtaliyalı çalışdırıcıya mükafatın rəsmi təqdimat mərasimi oktyabrın 19-da “Fiorentina” ilə səfər oyunundan əvvəl baş tutacaq.