Cüdoçumuz dünya 3-cüsü oldu

  • 6 Oktyabr 2025, 10:07

Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb. 

Sportlife.az xəbər verir ki, ilk yarış günündə 1 cüdoçumuz fəxri kürsüyə qalxıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev 3-cü yer uğrunda görüşdə komanda yoldaşı Nizami İmranova qalib gələrək bürünc medal qazanıb. 

Qeyd edək ki, dünya çempionatına 65 ölkədən 463 idmançı qatılıb.


Paylaş: